Saatlıda polislə ovçular arasında silahlı insident baş verməsi barədə yazılanlar təkzib olunub

Saatlıda polislə ovçular arasında silahlı insident baş verməsi barədə yazılanlar təkzib olunub
# 07 dekabr 2014 20:32 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynall-APA. Saatlı polisi ovçularla su nəqliyyatı polisi arasında atışma baş verməsi barədə xəbəri təkzib edib.

Saatlı rayon Polis Şöbəsinin rəis müavini Hacı Əhmədov APA-nın Mil-Muğan bürosuna deyib ki, dekabrın 6-da rayonun Azadkənd kənd sakinləri Rizvan Səfərov və Cəmaləddin Səmədov ov ediblər. Onların ov etmək üçün sənədləri yoxlanılarkən, birinin sənədi qaydasında olmayıb və polis idarəsinə dəvət ediliblər: “Akt tərtib edilib və tədqiqat idarəsinə göndəriliblər. Bundan sonra ovçular sərbəst buraxılıblar”.

Polis rəisinin müavini ovçularla polis arasında silahlı insident olması ilə bağlı xəbərləri təkzib edib: “Belə bir hadisə, hətta müqavimət göstərilməsi də olmayıb”.

Qeyd edək ki, bu gün Azadlıq Radiosunun Bakı bürosu Saatlıda ovçuluq edən yerli sakinlərlə polis arasında silahlı insident olması barədə xəbər yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR