Azərbaycan prezidenti Macarıstana səfər edəcək

Azərbaycan prezidenti Macarıstana səfər edəcək
# 03 noyabr 2014 11:10 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Macarıstanın xarici işləri Peter Siyarto deyib. O bildirib ki, Macarıstan tərəfi səfərin yüksək səviyyədə həyata keçirilməsi üçün tədbirlər görür.

Macarıstanlı nazir qeyd edib ki, Azərbaycan prezidentinin Macarıstana səfəri zamanı mülki aviasiya ilə bağlı müvafiq sazişlərin imzalanması gözlənilir. Bundan əlavə, səfərə qədər strateji tərəfdaşlıq sazişi üzərində işi bitirmək nəzərdə tutulub: “Bu il ticarət dövriyyəmiz keçən ilə nisbətən 18 faiz artıb. Azərbaycanla əlaqələrimiz inkişaf edir. Ölkəmiz 200 Azərbaycan gəncinə təhsil təqaüdü ayırmağa hazırdır. Əminəm ki, prezident İlham Əliyevin Macarıstana səfərindən sonra əlaqələr daha da inkişaf edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR