Ötən ay Azərbaycanda 86 nəfər qidadan zəhərlənib

Ötən ay Azərbaycanda 86 nəfər qidadan zəhərlənib
# 12 noyabr 2014 08:48 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu ilin oktyabr ayında Azərbaycanda əhali arasında 78 qida zəhərlənməsi hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, zəhərlənmə nəticəsində 86 nəfər zərər çəkib.

Ötən ay bir botulizm hadisəsi qeydə alınıb ki, nəticədə 7 nəfər zərər çəkib. Botulizm hadisəsi Tovuzda ev şəraitində hazırlanan pomidor turşusundan olub.

Bu ilin 10 ayı ərzində isə Azərbaycanda əhali arasında 1064 qida zəhərlənməsi hadisəsi baş verib. Nəticədə 1188 nəfər zərər çəkərək qidadan zəhərlənib. Ötən 10 ay ərzində 15 botulizm hadisəsi qeydə alınıb ki, bunun nəticəsində 27 nəfər zərər çəkib. Botulizm nəticəsində 1 nəfər dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR