Goranboyda 7 nəfəri qətlə yetirən şəxsin qardaşı intihar edib, atası isə infarkt keçirərək ölüb - VİDEO

Goranboyda 7 nəfəri qətlə yetirən şəxsin qardaşı intihar edib, atası isə infarkt keçirərək ölüb  - <span style="color: red;">VİDEO
# 03 noyabr 2014 14:49 (UTC +04:00)

Goranboy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 7 nəfəri qətlə yetirən Rafiq Hüseynovun qardaşı, 1984-cü il təvəllüdlü Afiq Hüseynov özünü asaraq intihar edib. Bu mənzərəni görən A. Hüseynovun atası Müzəffər Hüseynov infarkt keçirərək vəfat edib.

Qeyd edək ki, məlum hadisə oktyabrın 1-də saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində qeydə alınıb. Rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.

R.Hüseynov könüllü olaraq Goranboy Rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR