Bakının 25-ə yaxın marşrutunda gediş haqqı dəyişib - ANALİZ - VİDEO

Bakının 25-ə yaxın marşrutunda gediş haqqı dəyişib - <span style="color: red;">ANALİZ  - <span style="color: red;">VİDEO
# 09 sentyabr 2014 11:34 (UTC +04:00)

Qərara əsasən, hərəkət sxemləri dəyişdirilmiş şəhərətrafı və qəsəbələrarası marşrutlarda qiymət məsafələr üzrə mövcud tariflərə uyğun olaraq qruplaşdırılıb. Nəticədə, 15 marşrut üzrə məsafələr artdığından, 8 marşrut üzrə isə azaldığından gediş haqqı qiymətlərində də dəyişiklik baş verib.

Beləliklə, indiyədək dövrün uzunluğu 1 km-dən 15 km-dək olan (15-ci km daxil olmaqla) 102, 106,139, 168,169 və 182 nömrəli marşrutlarda məsafə 15 km-dən 25 km-dək (25-ci km daxil olmaqla) artırıldığından gediş haqqı əvvəlki kimi 20 qəpik yox, 25 qəpik olacaq. Dövrün uzunluğu 1 km-dən 15 km-dək təşkil edən 112 nömrəli marşrut isə indi 25 km-dən 30 km-dək (30-cu km daxil olmaqla) olan qrupa salındığından gediş haqqı 20 qəpik yox, 30 qəpikdən hesablanacaq.

Əvvəllər 15 km-dən 25 km-dək (25-ci km daxil olmaqla) məsafə üzrə qruplaşdırılan 140 və 211 nömrəli marşrutlar indi 25 km-dən 30 km-dək (30-cu km daxil olmaqla) qrupunda qərarlaşdığından, bu marşrutlarda gediş haqqı 25 qəpik deyil, 30 qəpik olacaq. Əvvəllər 15 km-dən 25 km-dək (25-ci km daxil olmaqla) məsafə üzrə qruplaşdırılan 196 nömrəli marşrutda dövrün uzunluğu indi 30 km-dən 40 km-dək (40-cı km daxil olmaqla) olduğundan gediş haqqı 25 qəpik əvəzinə, 35 qəpik təşkil edəcək.

Bundan başqa, əvvəllər 25 km-dən 30 km-dək (30-cu km daxil olmaqla) məsafə üzrə qruplaşdırılan 126, 149, 194 nömrəli marşrutların məsafəsi indi 30 km-dən 40 km-dək (40-cı km daxil olmaqla) dəyişdirilib. Buna görə də 126, 149 və 194 nömrəli marşrutlardan istifadə edən sərnişinlər gediş haqqı üçün 30 qəpik deyil, 35 qəpik ödəməlidir.

Bundan əvvəl 30 km-dən 40 km-dək (40 km daxil olmaqla) məsafə üzrə qruplaşdırılan 164 və 171 saylı marşrutlar indi məsafəsi 40 km-dən 45 km-dək (45-ci km daxil olmaqla) qrup üzrə təsnifatlaşdırılıb. Məhz bu səbəbdən sözügedən marşrutlarda gediş haqqı 35 qəpikdən 50 qəpiyə yüksəlib.

Qiymətləri azalan marşrutlara gəlincə, dövrün uzunluğu 15 km-dən 25 km-dək olan (25-ci km daxil olmaqla) 202 nömrəli marşrutda dövrün uzunluğu 1 km-dən 15 km-dək qısaldığından gediş haqqı 25 qəpikdən 20 qəpiyə qədər azalıb. Bundan başqa, əvvəllər 25 km-dən 30 km-dək (30-cu km daxil olmaqla) məsafə üzrə qruplaşdırılan 131, 146, 181, 189, 203 və 215 nömrəli marşrutlarda dövrün uzunluğu dəyişiklikdən sonra 15 km-dən 25 km-dək olduğundan tariflər indi 30 qəpik deyil, 25 qəpikdir.

Əvvəllər məsafəsi 40 km-dən 45 km-dək (45-ci km daxil olmaqla) olan 114 nömrəli marşrutda dövrün uzunluğu 25 km-dən 30 km-dək (30-cu km daxil olmaqla) azaldığından gediş haqqı əvvəlki kimi 50 qəpik yox, 30 qəpik təşkil edir.

Tarif (qiymət) Şurasından “APA-Economics”ə verilən məlumatda görə, sərnişindaşıma xidmətlərinin tariflərinin artırılmayıb. Şuradan bildirilib ki, son günlərdə sərnişindaşıma xidmətlərinin tariflərinin artırılması barədə bəzi KİV-lərdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Belə ki, Tarif Şurasının 5 sentyabr 2014-cü il tarixində keçirilmiş növbəti iclasında sərnişindaşıma xidmətlərinin tarifləri dəyişdirilməyib, Nəqliyyat Nazirliyinin müraciəti əsasında şəhərətrafı və qəsəbələrarası marşrutların sxemlərinin dəyişməsi ilə əlaqədar Şuranın 26 aprel 2013-cü il tarixli Qərarına dəyişikliklər edilib. Qəbul olunmuş qərara əsasən şəhərdaxili marşrutlarda gediş haqqı mövcud 20 qəpik səviyyəsində saxlanılıb, şəhərətrafı və qəsəbələrarası marşrutların sxemlərinin dəyişməsi ilə əlaqədar 8 marşrut xəttinin (114, 131, 146, 181, 189, 202, 203, 215) məsafəsi qısaldığından, 15 marşrut xəttinin (102, 106, 112, 126, 139, 140, 149, 164, 168, 169, 171, 182, 194, 196, 211) məsafəsi isə uzandığından gediş haqqı mövcud tariflər əsasında məsafəyə uyğunlaşdırılıb.

Onu da qeyd edək ki, Tarif Şurasının rəsmi saytında yer alan məlumata əsasən, dəyişikliklər sentyabr ayının 6-dan qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR