Rusiya ilə Gürcüstan arasında aviareyslər bərpa edilib

 Rusiya ilə Gürcüstan arasında aviareyslər bərpa edilib
# 27 oktyabr 2014 09:11 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Altı illik fasilədən sonra Gürcüstan və Rusiya arasında aviareyslər bərpa olunub. APA-nın məlumatına görə, oktyabrın 26-da gecə saatlarında Rusiyanın “Aeroflot” hava yolu şirkətinə məxsus "A-320" sərnişin təyyarəsi Tbilisiyə eniş edib. Moskva-Tbilisi-Moskva xətti üzrə uçuşlar bundan sonra hər gün həyata keçiriləcək.

Xatırladaq ki, 2008-ci ildə Cənubi Osetiyada silahlı münaqişə baş verdikdən sonra Rusiya ilə Gürcüstan arasında müntəzəm aviareyslər dayandırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR