Dövlət Gömrük Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edəcək
# 27 oktyabr 2014 08:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev oktyabrın 31-də saat 10:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 5) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Şəmkir, Gədəbəy, Samux rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR