Zakir Həsənov Ramazan bayramı münasibəti ilə hərbçiləri təbrik edib

Zakir Həsənov Ramazan bayramı münasibəti ilə hərbçiləri təbrik edib
# 26 iyul 2014 07:33 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın müdafiə naziri Zakir Həsənov Ramazan bayramı münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

Təbrikdə qeyd olunub ki, bərabərlik və mənəvi təmizlik kimi yüksək əxlaqi hisslər aşılayan, nəsildən-nəslə ötürülərək bu günümüzə qədər yaşadılan Ramazan bayramı yüksək səviyyədə qeyd olunur: «İnanıram ki, bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğalçılardan azad olunması naminə xidməti borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərinizi artıracaqsınız».

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR