“Çölçü” filmi beynəlxalq kinoforumda Azərbaycanı təmsil edəcək

“Çölçü” filmi beynəlxalq kinoforumda Azərbaycanı təmsil edəcək
# 08 sentyabr 2014 13:52 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. “Çölçü” filmi sentyabrın 21-dən 25-dək Moskvada keçiriləcək beynəlxalq kinoforumda Azərbaycanı təmsil edəcək.

APA-nın məlumatına görə, builki kinoforum MDB və Baltikyanı ölkələrin kinematoqrafiyasına həsr olunub.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Çölçü” filminin rejissoru Şamil Əliyev, ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahimxəlil Əminov, bəstəkarı Rauf Əliyevdir.

Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, gürcü aktrisa Salume Demuriya, Cavidan Məmmədli, Vüsal Mehrəliyev və digərləri çəkiliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR