TANAP layihəsi üzrə stansiyalar tikintisinin tenderinə qatılacaq firmalar müəyyənləşib

TANAP layihəsi üzrə stansiyalar tikintisinin tenderinə qatılacaq firmalar müəyyənləşib
# 01 oktyabr 2014 15:56 (UTC +04:00)

Bu barədə APA-ya TANAP layihəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qəbul edilmiş qərara əsasən, Türkiyənin təbii qaz ehtiyacının təmin edilməsi və Avropa bazarına qaz nəql edilməsi baxımından böyük önəmi olan TANAP layihəsinin kompressor və ölçü stansiyalarının tikintisinin tenderində iştirak edəcək 11 firma müəyyənləşdirilib. Həmin firmalar aşağıdakılardır:

  1. ABB S.p.A. Process Automation Division - Türkerler İnşaat Turizm Madencilik Enerji Üretim Ticaret ve Sanayi A.Ş.
  2. Bonatti S.p.A.
  3. Daewoo Engineering and Construction Co.,Ltd - Tekfen İnşaat ve Tesisat A.Ş.
  4. Enterpose Projects
  5. Gama Güç sistemleri Mühendislik ve Taahhüt A.Ş. - Gama İndustrial Plants Manufacturing and Erection İnc.
  6. İntec Energia S.A.
  7. Runj Lloyd Ltd.
  8. Salpem S.p.A. - Rönesans Endüstri Tesisleri İnşaat Sanayi ve Ticaret A.Ş.
  9. Techint Compania Tecnica İnternazionale S.p.A.

10) Technicas Reunidas S.A.

11) Techimont S.p.A. - Alsim Alarko Sanayi Tesisleri ve Ticaret A.Ş.

TANAP layihəsinin 1810 km-lik Türkiyə bölümünün giriş nöqtəsi Türkiyə- Gürcüstan sərhədindəki Cilvəgözü məntəqəsi olacaq. Layihənin ölkədəki çıxış nöqtələrini isə Əskişəhər və Trakya bölgəsi təşkil edəcək.

TANAP layihəsindən ilk qaz nəqlinin 2018-ci ildə illik 16 mlrd. kubmetr olaraq həyata keçirilməsi nəzərdə tutulub. Sonrakı illərdə həcmin mərhələli şəkildə illik 24 və 31 mlrd. kubmetrə çıxarılması planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR