Ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirilib - FOTO

Ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirilib - <span style="color: red;">FOTO
# 09 oktyabr 2014 13:01 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Silahlı Qüvvələrdən və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən tərxis olunaraq ehtiyata keçirilmiş bir qrup hərbi vəzifəli ilə görüş keçirilib. Bu barədə APA-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qaradağ Rayon İcra Hakimiyyətinin və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Emil Abbasov gənclərin müqəddəs bir vəzifəni yerinə yetirərək ordu sıralarında vətəni qoruduqlarını bildirib.

Milli Məclisin deputatı Mixail Zabelin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik Rövşən Əlvəndov, Xidmətin Qaradağ Rayon İdarəsinin rəisi Novruz Rəhimov tədbirdə çıxış ediblər.

Tədbirdə qeyd olunub ki, gənclər Azərbaycan prezidenti tərəfindən elan olunmuş səfərbərlik tapşırığına əsasən ehtiyatda olan hərbi vəzifəli kimi tapşırıqların yerinə yetirilməsində də yaxından iştirak etməlidirlər.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və digər çıxışçılar ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan, Azərbaycan əsgərlərinin mərdlik və şücaətindən danışıblar.

Görüşdə iştirak edən ordudan tərxis olunmuş bir qrup gənc Azərbaycan ərazilərinin azadlığı uğrunda mübarizəyə, ən vacib döyüş tapşırığını yerinə yetirməyə hər zaman hazır olduğunu bildiriblər. Sonda rayon İcra Hakimiyyəti tərəfindən gənclərə hədiyyələr, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsi tərəfindən hərbi biletlər, Rayon İcra Hakimiyyətinə və rayonun qabaqcıl orta məktəblərinə “Hər şey qələbə üçün!” adlı kitab hədiyyə olaraq təqdim edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR