Azərbaycanda iki aylıq körpəni oğurlayan qadının görüntüləri yayılıb - FOTO - VİDEO

Azərbaycanda iki aylıq körpəni oğurlayan qadının görüntüləri yayılıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 15 avqust 2014 09:11 (UTC +04:00)

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, 2 aylıq körpəsi oğurlayan qadının görüntüləri təhlükəsizlik kameralarına düşüb. Sarı saçlı, kök bədən quruluşlu qadın ananı aldadaraq uşağı götürüb və hadisə yerindən uzaqlaşıb.

Görüntülərdəki sarı saçlı qadını tanıyanlardan (018) 654-02-02, (070) 510-22-50 nömrəli telefonlara məlumat vermələri xahiş olunur. Məlumat verən şəxsin anonimliyi təmin olunacaq.

Qeyd edək ki, Azərbaycanda uşaq oğurluğu faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib.

Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya faktı təsdiqləyərək, bildirilib ki, daxil olan məlumat əsasında ananın izahatı alınıb.

Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR