Virciniya ştatının sabiq qubernatoru korrupsiyada ittiham olunur

Virciniya ştatının sabiq qubernatoru korrupsiyada ittiham olunur
# 05 sentyabr 2014 01:56 (UTC +04:00)

Bakı-APA. ABŞ-da məhkəmə Virciniya ştatının sabiq qubernatoru Bob Makdonneli və onun yoldaşını korrupsiyada təqsirli olduqları barədə qərar verib.

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, respublikaçı Bob Makdonnel 2010-2014-cü illərdə Virciniyanın qubernatoru vəzifəsində olub.

İstintaq materiallarına əsasən, keçmiş qubernator bahalı hədiyyələr müqabilində qida qatqıları istehsalı ilə məşğul olan yerli sahibkara himayəçilik edib.

Cinayət işi üzrə hökmün yanvarda veriləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR