Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib - VİDEO

Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib - <span style="color: red;">VİDEO
# 20 noyabr 2014 09:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edib. ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, noyabrın üçüncü ongünlüyünün birinci yarısında ölkə ərazisində qeyri-sabit, dəyişkən hava şəraiti gözlənilir. Noyabrın 21-i axşam respublikanın şimal rayonlarından başlayaraq havanın fasilərlə yağıntılı keçəcəyi, bəzi rayonlarda intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Noyabrın 23-dən 25-dək ölkə ərazisində şimal küləyinin güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR