Stefan Düjarrik: "BMT baş katibi Ukraynadakı vəziyyətdən narahatdır"

Stefan Düjarrik: "BMT baş katibi Ukraynadakı vəziyyətdən narahatdır"
# 04 noyabr 2014 00:17 (UTC +04:00)

APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pan Gi Mun mətbuat katibi Stefan Düjarrik bəyan edib.

“BMT baş katibi hər iki tərəfi Minsk razılaşmalarına əməl etməyə və münaqişəni sülh yolu ilə həll olunmasına dair əməkdaşlıq etməyə çağırır", deyə Düjarrik vurğulayıb.

Onun sözlərinə görə, Pan Gi Munun seçkilər ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Bundan əvvəl BMT baş katibi noyabrın 2-də Donbasda keçirilən seçkiləri Ukraynanın Konstitusiyası və qanunvericiliyinə zidd olduğunu bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR