Son 11 ildə Naxçıvanda 47 minə yaxın yeni iş yeri açılıb

Son 11 ildə Naxçıvanda 47 minə yaxın yeni iş yeri açılıb
# 30 yanvar 2018 07:49 (UTC +04:00)

2007-ci illə müqayisədə 2017-ci ildə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 5 dəfə, sənaye məhsulu 7,9 dəfə, əsas kapitala yönəldilən vəsaitlər 4,5 dəfə, kənd təsərrüfatı məhsulu 3,7 dəfə, nəqliyyat sektorunda yük daşınması 2 dəfə, informasiya və rabitə xidmətləri 3,1 dəfə, pərakəndə əmtəə dövriyyəsi 6,4 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlər 4,7 dəfə artıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əhali məşğulluğunun təmin olunması üzrə təkcə 2007-ci ildən 1 yanvar 2018-ci il tarixədək muxtar respublikada 46 min 717 yeni iş yeri açılıb. Bunun da 84,7%-i daimi iş yerləridir.

Bildirilib ki, həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq bu gün rəsmi işsiz statusu alan şəxs qeydə alınmayıb, məşğul əhalinin sayı 2007-ci ilin sonu ilə müqayisədə 1,3 dəfə artaraq 235,5 min nəfərə çatıb: "Yüksək əməktutumlu iş yerlərinin yaradılması əhalinin səmərəli məşğulluğunu təmin edib, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı göstəricisi 416 manatı ötüb. 2007-ci ildə bu göstərici 153,9 manat səviyyəsində olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR