Nardaran sakininin evindən silah tapılıb

Nardaran sakininin evindən silah tapılıb
# 03 aprel 2017 10:25 (UTC +04:00)

Nardaranda keçirilən əməliyyat zamanı silah aşkarlanıb.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Nardaran qəsəbə sakini İsmayıl Bəhramovun yaşadığı evdə axtarış aparılıb. Axtarış nəticəsində orada “Karabin” markalı silah və 7 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR