Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb

Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb
# 03 aprel 2018 16:38 (UTC +04:00)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin repertuar planında təsdiq olunmuş P.Cullifordun “Şirinlər” pyesi əsasında eyniadlı yeni tamaşanın hazırlanmasına başlanılıb. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuş tamaşada xeyirxahlıq, insanların bəd əməllərdən uzaqlaşdırılması, hər kəsin dost və mehribanlıq şəraitində yaşaması kimi nəcib hisslər aşılanır.

Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir.

Səhnə əsərində əsas rolları əməkdar artistlər Rasim Cəfər, Şəfəq Əliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Rəşad Səfərov, Elnur Hüseynov, Zemfira Əbdülsəmədova, Günel Məmmədova, Asya Atakişiyeva, Xəyalə Meydanova, Nuranə Hüseynova, Anar Seyfullayev ifa edir.

Tamaşanın premyerası 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR