Sabah Azərbaycan ərazisində 38 dərəcə isti olacaq - VİDEO

Sabah Azərbaycan ərazisində 38 dərəcə isti olacaq - <span style="color: red;">VİDEO
# 10 avqust 2015 10:00 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən xəbərə görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-26, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR