Türkiyəyə məxsus sərnişin təyyarəsi İranda məcburi eniş edib

Türkiyəyə məxsus sərnişin təyyarəsi İranda məcburi eniş edib
# 04 fevral 2017 09:22 (UTC +04:00)

Türk Hava Yollarına məxsus təyyarə İranda məcburi eniş edib.

APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, təyyarə sərnişinlərin birinin səhhətində problem üzündən İranda təcili eniş enməli olub.

Səhər saatlarında Türkiyədən Vyetnama uçuş həyata keçirən “Airbus” 300-330 təyyarəsi İranın Zahidan şəhərində eniş edib. Səhhətində problemlər olan sərnişin Zahidan şəhər xəstəxanasına aparılıb. Məlumata görə, müayinə bitənədək təyyarə hava limanında qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR