Azərbaycan bir ildə neft məhsullarının ixracını 50%-ə qədər artırıb

Azərbaycan bir ildə neft məhsullarının ixracını 50%-ə qədər artırıb
# 16 aprel 2015 13:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-mart ayları üçün neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-mart aylarında gömrük bəyannamələri əsasında 2 mlrd. 629 mln. 790,83 min ABŞ dolları dəyərində 6 mln. 393 min 237,40 ton xam neft ixrac olunub.

Belə ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,75% çoxdur. Məbləğ dəyərində isə bu rəqəm 42,36% azdır.

Bu ilin üç ayında 199 mln. 622,07 min dollar dəyərində 595 min 616,50 ton həcmində neft məhsulları istehsal edilib. Bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 49,82% çoxdur. Məbləğ dəyərində isə bu rəqəm 28,54% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR