Astarada ər arvadını bıçaqlayıb - VİDEO

Astarada ər arvadını bıçaqlayıb - <span style="color: red;">VİDEO
# 26 avqust 2015 14:41 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Astara rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 26-da saat 16.30 radələrində rayonun Çayoba kəndində qeydə alınıb. Kənd sakini Nurəddin adlı şəxs ailə münaqişəsi zəminində həyat yoldaşı, 1966-cı il təvəllüdlü Heyran Barat qızı Əliyevaya bıçaqla bədəninin müxtəlif nahiyələrindən bədən xəsarətləri yetirib. Yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, hazırda onun xilas edilməsi istiqamətində tədbirlər görülür.

Həyat yoldaşını bıçaqlayan şəxs saxlanılıb. Onun hadisəni törədən zaman içkili olduğu məlum olub.

Faktla bağlı Astara rayonunun hüquq-mühafizə orqanlarında araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR