MSK: Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyi əsaslı olaraq qeydə alınmayıb - YENİLƏNİB

MSK: Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyi əsaslı olaraq qeydə alınmayıb - <span style="color: red;">YENİLƏNİB
# 05 oktyabr 2015 13:29 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 42 saylı Sumqayıt II Seçki Dairəsindən öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş Tənzilə Rüstəmxanlının namizədliyinin 42 saylı Sumqayıt II Dairə Seçki Komissiyası tərəfindən qeydə alınmaması ilə bağlı şikayətinə baxılıb.

APA-nın məlumatına görə, MSK üzvü Ramiz İbrahimov deyib ki, T. Rüstəmxanlı namizədliyinin qeydə alınmamasından MSK-ya şikayət edib.

Mətnin xülasəsi
183 seçici aldadılaraq imzalarının alındığını, T. Rüstəmxanlıya imza vermələrindən xəbərlərinin olmadığını bildirib

T. Rüstəmxanlı DSK-da imzaların yoxlanılması prosesində iştirak etmədiyini və təqdim etdiyi 183 imzanın əsassız olaraq etibarsız sayıldığını nəzərə çatdırıb. MSK-nın İşçi Qrupunun apardığı araşdırma zamanı məlum olub ki, T. Rüstəmxanlı namizədliyinin qeydə alınması üçün 550 imza təqdim edilib, 183 seçici 42 saylı Sumqayıt II DSK-ya ərizə ilə müraciət edərək aldadılaraq imzalarının alındığını, T. Rüstəmxanlıya imza vermələrindən xəbərlərinin olmadığını bildirib. Eyni zamanda T. Rüstəmxanlının səlahiyyətli nümayəndəsinin də DSK-nın iclasında iştirak etdiyi məlum olub. Buna görə də MSK-nın İşçi Qrupu T. Rüstəmxanlının şikayətini əsassız sayıb.

MSK üzvü Almaz Qəhrəmanlı bu seçki kampaniyası dövründə deputatlığa namizədlərə imza vermiş şəxslərin imzalarını geri götürməsi hallarına ilk dəfə rast gəlinmədiyini vurğulayıb. O, T. Rüstəmxanlının sənədlərinin 7 gün ərzində DSK-da saxlanıldığını, bu müddət ərzində T. Rüstəmxanlıya imza vermiş şəxslərin imzalarından imtina edilməsi istiqamətində iş aparıldığını iddia edib. MSK üzvü Ramiz İbrahimov isə imzalarını geri götürmüş şəxslərin əksəriyyəti ilə telefonla əlaqə saxladığını və həmin şəxslərin aldadılaraq imza verdiklərini, imzalarını geri götürdüklərini təsdiqlədiklərini söyləyib.

MSK sədri Məzahir Pənahov imza verən şəxslərin imzalarını sonradan geri götürməsi məsələsini araşdırmağın MSK-nın səlahiyyətində olmadığını bildirib: “İmza atan şəxs aldadıldığını bildirirsə, biz başqa qərar verə bilmərik”.

MSK məsələni səsverməyə çıxarıb və T. Rüstəmxanlının şikayətini əsassız sayıb, T. Rüstəmxanlı deputatlığa namizəd kimi qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR