Bank Of Baku

AŞ PA-nın gələn həftə başlayacaq yay sessiyasında Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məsələ müzakirə olunacaq

AŞ PA-nın gələn həftə başlayacaq yay sessiyasında Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məsələ müzakirə olunacaq
# 20 iyun 2008 09:15 (UTC +04:00)
Bu barədə APA-ya nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. İyunun 23-27-də keçiriləcək sessiyanın gündəliyinə “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı hesabatın müzakirəsi də daxil edilib. Hesabatla bağlı qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova tərəfindən qətnamə layihəsi hazırlanıb. Qətnamə layihəsinə münasibət bildirən Səməd Seyidov deyib ki, Azərbaycan müzakirəyə çıxarılacaq qətnamə layihəsini diqqətlə öyrənib: “Bizim bu sənədə əlavələrimiz var, bəzi məsələlərə dəyişikliklər etməyə ehtiyac duyulur”. Xatırladaq ki, AŞ PA Monitorinq Komitəsinin mayın 26-da Kiyevdə keçirilmiş iclasında “Azərbaycanda demokratik institutların vəziyyəti” barədə qəbul edilmiş qətnamə layihəsində bildirilir ki, Azərbaycanda seçkilər ərəfəsində insan haqları ilə bağlı vəziyyət pisləşib. Komitə həbsdə olan jurnalistlər Qənimət Zahidov, Sakit Zahidov və Eynulla Fətullayevin, o cümlədən siyasi məhbus adlanan 5 şəxsin təcili surətdə azadlığa buraxılmağı tələb edib. Sessiyada Türkiyədə demokratik institutlarının vəziyyəti məsələsi də müzakirə olunacaq, müzakirələrə Türkiyənin xarici işlər naziri Əli Babacan dəvət olunub. Sessiyanın gündəliyində həmçinin Çində vəziyyət, Avropada demokratiyanın vəziyyəti, Qara dənizin ətraf mühitinin çirklənməsi ilə mübarizə, müasir müxtəlif mədəniyyətlərə malik cəmiyyətlərdə qadınların rolunun artırılması, valideynlərin yeni doğulan uşaqlardan imtina edilməsi və s. məsələlər müzakirə ediləcək. Ermənistanda demokratiyanın vəziyyəti məsələsi sessiyanın gündəliyinə o zaman salına bilər ki, bu ölkəyə səfər etmiş həmməruzəçilər orada keçirilmiş prezident seçkilərindən sonra AŞPA tərəfindən qəbul edilmiş qətnamənin yerinə yetirilməsində irəliləyiş olmadığını bildirsinlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR