Bank Of Baku

Azərbaycanın da iştirakı ilə yaradılan “İslami Gənclik Forumu” haqqında qanun layihəsi Türkiyə müxalifətinin etirazına səbəb olub

Azərbaycanın da iştirakı ilə yaradılan “İslami Gənclik Forumu” haqqında qanun layihəsi Türkiyə müxalifətinin etirazına səbəb olub
# 20 iyun 2008 10:38 (UTC +04:00)
Ankara. Mayis Əlizadə - APA. 2006-cı il sentyabrın 4-də İstanbuldakı Dünya Ticarət Mərkəzində Azərbaycanın da iştirakı ilə yaradılan “İslami Gənclik Forumu” ilə bağlı qanun layihəsi Türkiyə parlamentinin Xarici əlaqələr komissiyasında qəbul edilərkən müxalifətin sert reaksiyasına səbəb olub. Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili, Xarici əlaqələr komissiyasının üzvü Canan Arıtman APA-nın Türkiyə bürosuna açıqlamasında belə bir forumunun yaradılmasının əleyhinə olmadıqlarını, sadəcə, bu barədə sazişin maddələrinə qarşı çıxdıqlarını bildirib: “Fərqli mədəniyyətləri təmsil edən gənclər arasında əlaqə yaradılması məqsədilə qurulduğu iddia edilən bir təşkilatla bağlı sazişə baxsaq, indiyə qədər Türkiyədə heç bir əcnəbi missiyaya verilməyən hüquqların bu foruma verilmək istənildiyini görəcəyik. Komissiyadakı müzakirələrdə hörmətli həmkarım Onur Öymənin də dediyi kimi, bu sazişlə dövlət içində dövlət yaradılır. Mən komissiyanın sədri Murad Mərcandan soruşdum ki, bu forumun məqsədi nədir? O da cavab verdi ki, bu forumun məqsədi konfranslar keçirmək və oraya məruzəçilər dəvət etməkdir. Konfrans keçirmək üçün bu qədər geniş mühafizəyə və qalın zirehə nə ehtiyac var? Bu, məntiqli cavab deyil”. C. Artımanın sözlərinə görə, konfrans keçirmək məqsədilə yaradılan qurumun digər QHT-lər qədər səlahiyyəti olmalıdır: “Bu foruma pul transferləri üçün limitsiz səlahiyyət verirlir. Anlaşmaya görə, bu quruma böyük miqdarlarda pul gələ və bu pullar nəzarətdən tamamilə kənarda qalaraq fiziki və hüquqi şəxslərə verilə bilər. Ölkəmizin dünyəvi rejiminə qarşı mübarizə aparan qurumlara da pul gələ bilər. Biz konfrans keçirmək məqsədilə yaradılan təşkilatlara qarşı deyilik, ancaq bu məqsədlə yaradıldığı iddia edilən quruma limitsiz və nəzarətdən kənar pul transferi səlahiyyəti verilməsi yanlış və anormaldır”. C. Arıtman layihənin hakim partiyanın üzvlərinin dəstəyi ilə komissiyadan keçdiyini, parlamentdə də qəbul olunacağı təqdirdə Cümhuriyyət Xalq Partiyasının Konstitusiya Məhkəməsinə müraciət edə biləcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR