Bank Of Baku

Metyu Brayza: “Rusiyanın Azərbaycan qazını almaq istəməsi bizi narahat etmir”

Metyu Brayza: “Rusiyanın Azərbaycan qazını almaq istəməsi bizi narahat etmir”
# 07 iyul 2008 09:11 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza deyib. O, “Qazprom”un Azərbaycan qazını almaq istəməsini iki səbəblə əlaqələndirib: şirkət ya müqavilə üzrə Avropaya göndərməli olduğu miqdarda təbii qaz göndərə bilmir, ya da Avropaya qaz ixracını inhisarlaşdırmaq istəyir: “”Qazprom”un cəhdlərinə baxmayaraq, Azərbaycan nümayiş etdirdi ki, enerji təhlükəsizliyi məsələsində Avropa ilə tərəfdaşlığını genişləndirmək istəyir. Bu, hələ Heydər Əliyevin vaxtında “Əsrin müqaviləsi” imzalanarkən bəlli olmuşdu. Prezident İlham Əliyev “Nabucco” və Türkiyə-Yunanıstan-İtaliya boru kəmərlərini dəstəkləməklə bu siyasəti genişləndirdi”. M. Brayza hesab edir ki, “Nabucco” layihəsi Xəzər qazının Mərkəzi Avropaya çatdırılması üçün daha əlverişlidir və Rusiyanın “Cənub axını” layihəsindən 40-50% sərfəlidir: “İnhisarçılıq yox, bazar münasibətləri tələb edirsə, “Nabucco” və Türkiyə-Yunanıstan-İtaliya layihələri başa çatdırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR