Bank Of Baku

ATƏT-in “Model məktəb” konfransında Azərbaycan təmsilçiləri İtaliya rəsmiləri rolunda çıxış edəcəklər

ATƏT-in “Model məktəb” konfransında  Azərbaycan təmsilçiləri İtaliya rəsmiləri rolunda çıxış edəcəklər
# 08 iyul 2008 08:39 (UTC +04:00)
Bakı. Turan Hüseynova-APA. Avstriyanın paytaxtı Vyanada ATƏT-in “Model məktəb” konfransı keçirilir. APA-nın məlumatına görə, beynəlxalq konfransda 30-dan çox ölkəsini təmsil edən 140 gənc iştirak edir. Konfrans iştirakçıları digər xalqın nümayəndəliyinin rəhbərləri və ATƏT-in rəsmiləri rolunda çıxış edib görüşlər keçirirlər. Bu ilki konfrans terrorizm və internetin istifadə etməsi, Mərkəzi Asiyada su idarəetməsi, Romada uşaq alverinə həsr olunub. ATƏT-in Bakı ofisinin mətbuat katibi Rəşad Hüseynovun APA-ya verdiyi məlumata görə, konfransda Xəzər Universitetinin 3 tələbəsi iştirak edir. Püşk atma yolu ilə müəyyənləşən seçim zamanı Azərbaycan İtaliyanı, İsveç isə Azərbaycanı təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR