Bank Of Baku

Azərbaycanla Rusiya arasında enerji əməkdaşlığına dair danışıqlar yaxın günlərdə başlayacaq

Azərbaycanla Rusiya arasında enerji əməkdaşlığına dair danışıqlar yaxın günlərdə başlayacaq
# 08 iyul 2008 10:44 (UTC +04:00)
Səfir qeyd edib ki, Rusiya prezidenti Dmitri Medvedevin Bakıda müzakirə etdiyi əsas mövzulardan biri bu məsələ ətrafında olub. Prezidentin səfərini şərh edən İstratov tərəflərin bu günə kimi həllini tapmayan məsələlər ətrafında müzakirələr apardığını qeyd edib. Bu səfərlə ölkələr arasında yeni konstruktiv dialoqun əsasının qoyulduğunu bildirən səfir Azərbaycanla Rusiya arasında qarşılıqlı münasibətlərdə yeni səhifənin açıldığını bildirib. O, iki ölkənin sərhədlərinin delimitasiya məsələsinə də toxunub: “Bu həlli tezliklə başa çatacaq məsələlərdən biridir. Sərhədlərin delimitasiyasına dair razılaşdırılmamış bir-iki məqam qalıb. Problemin həll etmək istəyi hər iki tərəfdə var, amma bəzi məsələlərlə bağlı mövqelər üst-üstə düşmür”. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə toxunan səfir qeyd edib ki, Rusiya bu prosesə maksimum dərəcədə töhfəsini vermək istəyir: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına maksimum dərəcədə yardım göstərməyə hazırdır və danışıqlar prosesində irəliləyişləri alqışlayır. Biz əldə olunan razılaşmaların həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR