Bank Of Baku

Tofiq Zülfüqarov: “Latviyanın Azərbaycana marağı gündən-günə artır”

Tofiq Zülfüqarov: “Latviyanın Azərbaycana marağı gündən-günə artır”
# 09 iyul 2008 11:37 (UTC +04:00)
Bakı. Turan Hüseynova - APA. “Latviyanın Azərbaycana marağı gündən-günə artır. Bu ölkənin Azərbaycanın bank sferasına qoyduğu sərmayənin həcmi 150 milyon dolları ötüb”. Bunu APA-ya açıqlamasında Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarov deyib. O bildirib ki, Baltik ölkələri Azərbaycanın strateji tərəfdaşlarına çevrilə bilər. Səfir Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı həqiqətləri Latviyada daha çox ictimai təşkilatların vasitəsilə gündəmə gətirdiklərini, mütəmadi səfərlər təşkil etdiklərini, parlamentlərarası əlaqələri gücləndirdiklərini söyləyib. T. Zülfüqarov Latviyadakı Azərbaycan diasporunun fəallaşdığını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR