Bank Of Baku

Xarici İşlər Nazirliyində səfirlərin iştirakı ilə keçirilən bugünkü müşavirədə Milli Məclisin sədri və ARDNŞ prezidenti çıxış edəcəklər

Xarici İşlər Nazirliyində səfirlərin iştirakı ilə keçirilən bugünkü müşavirədə Milli Məclisin sədri və ARDNŞ prezidenti çıxış edəcəklər
# 09 iyul 2008 11:38 (UTC +04:00)
Bu barədə APA-ya açıqlama verən XİN-in mətbuat katibi Xəzər İbrahim müşavirədə təbliğat işlərinin qurulması və informasiya sahəsində görülən işlərin müzakirə olunduğunu deyib. Onun sözlərinə görə, bu gün keçiriləcək müşavirədə Milli Məclisin spikeri Oqtay Əsədov və ARDNŞ prezidenti Rövnəq Abdullayev diplomatlar qarşısında çıxış edəcəklər: “Bu tip müşavirələr bütün ölkələrdə keçirilir. Müşavirədə diplomatik fəaliyyət təhlil edilir, zəif nöqtələr müəyyənləşdirilir, səfirlərin fəaliyyəti dəyərləndirilir, onlara müvafiq təkliflər verilir. Prezident İlham Əliyev diplomatlar qarşısında birbaşa vəzifələr qoyub ki, bunlardan biri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR