Bank Of Baku

Səfir Tələt Əliyev: “““Bəyaz axın” layihəsini diqqətlə izləmək və mənimsəmək lazımdır”

Səfir Tələt Əliyev: “““Bəyaz axın” layihəsini diqqətlə izləmək və mənimsəmək lazımdır”
# 09 iyul 2008 11:42 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. ““Bəyaz axın” layihəsi Ukrayna tərəfindən irəli sürülüb. Bu layihəni diqqətlə izləmək və mənimsəmək lazımdır”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev verib. Onun sözlərinə görə, bu məsələ Ukrayna prezidenti Viktor Yuşşenkonun Bakıya səfəri zamanı da müzakirə olunub. Səfir analoji məsələnin Ukraynanın baş naziri Yuliya Timoşenkonun Bakıya gözlənilən səfəri zamanı da müzakirə olunacağını bildirib. Yuliya Timoşenkonun ölkəmizə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən dəvət olunduğunu bildirən səfir səfərin tarixinin dəqiqləşdirilmədiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR