Bank Of Baku

Türkiyə-Ermənistan gizli görüşmələrində türk nümayəndə heyətinə Əhməd Ünal Çeviköz rəhbərlik edir

Türkiyə-Ermənistan gizli görüşmələrində türk nümayəndə heyətinə Əhməd Ünal Çeviköz rəhbərlik edir
# 18 iyul 2008 14:17 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu cür gizli görüşlərə Xarici İşlər Nazirliyinin İcra Aparatının Qafqaz, Orta Asiya və Orta Şərq üzrə müavini başçılıq edir. 2002-ci ildə hal-hazırda MHP İstanbul millət vəkili olan Gündüz Aktan rəhbərlik edirdi. İndi keçirilən gizli görüşlərə isə Türkiyənin Bakıdakı sabiq səfiri, XİN İcra Aparatı rəhbərinin müavini, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Əhməd Ünal Çeviközün rəhbərlik etdiyi güman olunur. İndiyə kimi bu cür görüşlər adətən Vyanada keçirilib. Türkiyədəki mənbə iyulun 8-də İsveçrədə keçirilən görüşün ABŞ-ın təkidi ilə keçirildiyini bildirib: “ABŞ dövlət katibinin müavini Daniel Frid bir ay əvvəl Konqresdə çıxışı zamanı Ermənistanın Türkiyənin ərazi bütövlüyünü və mövcud sərhədlərini tanımağa çağırdı. Türkiyə bu çağırışa təmkinlə yanaşdı və daha sonra Astanada Serj Sərkisyan prezident Abdullah Gülü sentyabrın 6-da İrəvanda keçiriləcək Ermənistan-Türkiyə maçını izləməyə dəvət etdi. Bu görüşlər Türkiyənin Ermənistanla bağlı siyasətində hər hansı dəyişikliyə dəlalət etmir. Son görüş Abdullah Gülün İrəvana gedib-getməyəcəyinin müəyyənləşdirilməsi üçün erməni tərəfin nəbzini yoxlamaq məşqinə bənzəyir. Türkiyənin Ermənistan siyasətindəki dəyişiklik sadəcə hökumətin və ya Xarici İşlər Nazirliyinin işi deyil, bu siyasət dəyişikliyində ordunun, önəmli qeyri-hökumət təşkilatlarının, universitetlərin və sair qurumların mövqeləri üst-üstə düşməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR