Bank Of Baku

ABŞ səfiri: “Hökumətlə vətəndaş cəmiyyəti arasında əlaqələrin qurulmasında ən böyük rol medianın üzərinə düşür”

ABŞ səfiri: “Hökumətlə vətəndaş cəmiyyəti arasında əlaqələrin qurulmasında ən böyük rol medianın üzərinə düşür”
# 22 iyul 2008 08:38 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. “Bu gün Azərbaycan jurnalistlərinin peşə bayramıdır, bu münasibətlə ölkənin bütün media təmsilçilərini təbrik edirəm”. APA-nın məlumatına görə, bu fikirlərin müəllifi olan ABŞ səfiri Ann Dersi media sahəsində problemlərin həllini tapmalı olduğunu bildirib: “Biz ABŞ tərəfi olaraq həmişə bu fikrə tərəfdar olmuşuq ki, jurnalistlər peşə fəaliyyətinə görə həbs olunmamalı və təzyiqlərə məruz qalmamalıdır. Fikrimcə, hökumətlə vətəndaş cəmiyyəti arasında əlaqələrin qurulmasında ən böyük rol medianın üzərinə düşür. Medianın üzləşdiyi problemlərin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılacağını gözləyirik. Ümidvarıq ki, jurnalistlərin həbsi ilə bağlı problemin aradan qaldırılması istiqamətində də addımlar davam edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR