Bank Of Baku

Bakı-Tiflis-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlqoyma mərasimi keçirilib

Bakı-Tiflis-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlqoyma mərasimi keçirilib
# 24 iyul 2008 11:42 (UTC +04:00)
İlk olaraq kürsüyə çıxan B. Yıldırım dəmir yolunun 2011-ci ildə fəaliyyətə başlayacağını, 180 kilometrlik xəttin 76 kilometrlik hissəsinin Türkiyədə olacağını, “Dəmir İpək Yolu” adlandırılan marşrutla ildə 1 milyon sərnişin və 6,5 milyon ton yük daşınacağını bildirib. Onun sözlərinə görə, bu xətt Türkiyənin inşa etdiyi “Marmaray” xətti ilə birləşdiriləcək və Avropaya uzanaraq Orta Asiyadan Avropaya körpü olacaq. Azərbaycan prezidenti İlham Əliyev isə üç ölkənin təşəbbüsü ilə həyata keçirilən layihədə əməyi olan hər kəsə təşəkkür edərək tikintinin nəzərdə tutulan vaxtda başa çatdırılacağını söyləyib. Gürcüstan prezidenti Mixail Saakaşvili bu dəmir yolunun Türkiyə, Azərbaycan və Gürcüstanı həmişəlik birləşdirtdiyini vurğulayıb. Türkiyə prezidenti Abdulla Gül isə layihənin tarixi İpək Yolunu yenidən canlandırdığını vurğulayaraq bunun çox nəhəng layihə olduğunu və təkcə üç ölkəni yox, Asiyanı Avropaya bağladığını deyib. Çıxışlardan sonra hər üç dövlət başçısı səhnəyə çıxaraq regionun xəritəsinin üzərinə simvolik relslər yerləşdiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR