Bank Of Baku

Misir səfiri Azərbaycanda diplomatik missiyasını başa vurur

Misir səfiri Azərbaycanda diplomatik missiyasını başa vurur
# 25 iyul 2008 07:43 (UTC +04:00)
Bakı. Turan Hüseynova – APA. “Azərbaycanda diplomatik missiyamı bitirmək üzrəyəm”. APA-nın məlumatına görə, bunu Misirin Azərbaycandakı səfiri Yusif Əhməd Əl Şarkavi ölkəsinin milli bayramı olan İnqilab Günü ilə bağlı keçirilən tədbirdə deyib. O, qardaş Azərbaycan və Misir xalqları arasında əlaqələri çox yüksək qiymətləndirib. Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisinin sədrinin birinci müavini Ziyafət Əsgərov iki dövlət arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirib. Tədbir zamanı Misir səfirinə Azərbaycan milli xalçası təqdim olunub. Səfirin Azərbaycanı avqust ayında tərk etməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR