Bank Of Baku

Əli Babacan: “Ermənistanla Azərbaycan arasındakı problemləri nəzərə almaya bilmərik”

Əli Babacan: “Ermənistanla Azərbaycan arasındakı problemləri nəzərə almaya bilmərik”
# 25 iyul 2008 12:21 (UTC +04:00)
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Nyu-Yorkda jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Əli Babacan deyib. Oktyabrda BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzvlük üçün keçiriləcək səsvermə ərəfəsində Türkiyənin namizədliyinə dəstək toplamaq üçün BMT qərargahında görüşlər keçirən Ə. Babacan regional yox, qlobal güc olmaq, Ermənistanla da normal qonşuluq münasibətləri qurmaq istədiklərinin bildirib. Ancaq o, bu istiqamətdə Türkiyənin atdığı addımların birtərəfli olduğunu söyləyib: “Ermənistandan gəlib Türkiyədə çalışan on minlərlə insan var. İran və Gürcüstan vasitəsilə ticarət həyata keçirilir və ötən il bu ticarətin həcmi 500 milyon dollara çatıb. Türkiyə üzərindən uçuşlara icazə vermişik. Amma bunlar bizim atdığımız birtərəfli addımlardır. Biz qarşı tərəfdən də müsbət addımlar gözləyirik. Amma şübhəsiz ki, Ermənistanla Azərbaycan arasındakı problemləri də nəzərə almaya bilmərik”. Ə. Babacan problemlərin dialoq yolu ilə həllinə inandıqlarını, 1915-ci il hadisələri ilə bağlı tarixçilərdən ibarət ortaq komissiyanın yaradılmasının çox vacib olduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR