Bank Of Baku

ABŞ-ın Helsinki Komissiyası Azərbaycana dair keçiriləcək dinləmələrlə bağlı yayılan məlumatlarda qeyri-dəqiqliyə yol verildiyini bəyan edib

ABŞ-ın Helsinki Komissiyası Azərbaycana dair keçiriləcək dinləmələrlə bağlı yayılan məlumatlarda qeyri-dəqiqliyə yol verildiyini bəyan edib
# 26 iyul 2008 09:07 (UTC +04:00)
Bu sözləri APA-nın ABŞ bürosuna ABŞ Konqresinin Helsinki Komissiyasının mətbuat katibi Lale Mamaux deyib. Helsinki Komissiyasının heç bir şəxsin məsləhəti və tövsiyəsi ilə hərəkət etmədiyini bildirən L. Mamaux “Azərbaycanda insan haqları və demokratikləşmə” mövzusunda dinləmələrin keçirilməsinin əvvəlcədən planlaşdırıldığını diqqətə çatdırıb: “Dinləmələrin oktyabr ayına təyin olunmuş prezident seçkilərindən əvvəl keçirilməsi ABŞ-dakı daxili vəziyyətlə bağlıdır. Belə ki, sentyabr ayının sonunda Konqres üzvləri ezamiyyətə çıxaraq, sayca 111-ci Konqresə keçirilən seçkilərə hazırlaşacaqlar. Eyni zamanda ölkədə noyabr ayında prezident seçkiləri keçiriləcək. Payızda siyasi aktivliyin artacağını nəzərə alaraq, Helsinki Komissiyası Azərbaycanla bağlı dinləmələrin ölkənizdə keçirilən prezident seçkilərində əvvəl təşkilini məqbul hesab edib”.
L. Mamaux E. Namazovun qeyd olunan dinləmələrin keçirilmə səbəbi və niyyəti ilə bağlı Bakıda verdiyi müsahibələrin də qeyri-dəqiq olduğunu qeyd edib. O, E. Namazovun səfəri çərçivəsində ABŞ Konqresində fəaliyyət göstərən Helsinki Komissiyasında görüş keçirdiyini təsdiqləsə də, Azərbaycanla bağlı dinləmələr keçirilməsi niyyəti barədə adı çəkilən Komissiyanın hələ bu səfərdən əvvəl Azərbaycanın Vaşinqtondakı səfirliyinə məlumat verdiyini söyləyib.
Qeyd edək ki, E. Namazov yerli mətbuata açıqlamasında ABŞ-a səfəri zamanı Helsinki Komissiyasında görüş keçirdiyini və Azərbaycanda prezident seçkiləri ərəfəsində xüsusi dinləmələrin keçirilməsi zərurətini komissiya üzvlərinə yazılı tövsiyə etdiyini bildirib. Bu səbəbdən bir sıra yerli KİV Helsinki Komissiyasının gələn həftə keçirəcəyi dinləmələrin E. Namazovun tövsiyəsi əsasında baş tutacağını yazıb.
Xatırladaq ki, iyulun 29-na təyin olunan dinləmələr Helsinki Komissiyasının sədri Alsi Hastinqs və həmsədri, senator Benjamin Kardinin sədrliyi ilə keçiriləcək. Dinləmələrdə ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Devid Kramer, Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, “Freedom House” təşkilatının nümayəndəsi Kris Uolker çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR