Bank Of Baku

ATƏT rəsmisi Azərbaycanın xarici işlər naziri ilə prezident seçkiləri və Dağlıq Qarabağ məsələlərini müzakirə edib

ATƏT rəsmisi Azərbaycanın xarici işlər naziri ilə prezident seçkiləri və Dağlıq Qarabağ məsələlərini müzakirə edib
# 29 iyul 2008 10:07 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva – APA. Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi, səfir Heikki Talvitie bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. APA-nın məlumatına görə, görüşdən sonra jurnalistlərə açıqlama verən H. Talvitie E. Məmmədyarovla, əsasən, qarşıdan gələn prezident seçkiləri və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparıldığını bildirib.
Səfər çərçivəsində diplomatın prezident İlham Əliyev, QHT təmsilçiləri, siyasi partiya rəhbərləri və mətbuat nümayəndələri, eləcə də ATƏT-ə üzv dövlətlərin Bakıdakı səfirləri ilə də görüşü nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR