Bank Of Baku

AŞ PA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin yeni sədri payızda seçiləcək

AŞ PA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin yeni sədri payızda seçiləcək
# 29 iyul 2008 11:14 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva – APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Dağlıq Qarabağ üzrə alt komitəsinin yeni sədri payızda seçiləcək. Bu barədə APA-ya AŞ PA siyasi komitəsindən bildirilib. Məlumatda deyilir ki, artıq avqust ayında bir neçə namizəd müəyyənləşdiriləcək. Namizədlər AŞ PA siyasi komitənin üzvü olmalıdırlar.
Qeyd edək ki, AŞ PA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin sabiq sədri Lord Rassel Conston beyin sümüyünün xərçəngi xəstəliyindən iyulun 27-də Parisdə 76 yaşında dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR