Bank Of Baku

ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələr keçirilib

ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələr keçirilib
# 30 iyul 2008 08:24 (UTC +04:00)
İyun ayında Cənubi Qafqaz ölkələrinə səfər etdiyini xatırladan D. Kramer bildirib ki, ABŞ Azərbaycanda, Gürcüstanda və Ermənistanda demokratiyaya, insan haqlarına hörməti təmin etmək üçün Avropa Şurası və Avropa Birliyi ilə sıx əməkdaşlıq edir. O, Azərbaycanı ABŞ-ın dostu adlandırıb: “Bu ölkə strateji cəhətdən çox əlverişli bölgədə yerləşir və demokratiyaya can atan ölkələr üçün model kimi böyük potensiala malikdir. Azərbaycanla əməkdaşlığımız üç istiqamətdə inkişaf edir – demokratik və iqtisadi islahatlar, enerji, təhlükəsizlik. Təhlükəsizlik sahəsində Azərbaycan Kosovo, İraq və Əfqanıstandakı sülhməramlı əməliyyatlara önəmli töhfə verib”. D. Kramer Azərbaycanla demokratikləşmə mövzusunda aparılan dialoq haqqında da danışıb: “Prezident Əliyev və digər rəsmi şəxslərlə görüşlərimdə ölkənin demokratiya yolu ilə inkişaf etmək niyyətinə əminlik hasil etdim. Ancaq təbii ki, bizi narahat edən bəzi məsələlər də var. Mən Azərbaycan tərəfi ilə dialoq zamanı beş aspektə diqqət yönəltdim – oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı siyasi proseslər, media azadlığı, vətəndaş cəmiyyəti, insan haqlarının müdafiəsi, qanunun aliliyi və korrupsiya ilə mübarizə”. D. Kramerin fikrincə, prezident seçkiləri Azərbaycana demokratiyaya bağlılığını nümayiş etdirmək imkanı verəcək: “Burada əsas məsələ seçkiqabağı situasiyadır. Bütün siyasi partiyalara, KİV azadlığına, sərbəst toplaşmaq azadlığına, seçicilərin qeydiyyatına hörmətlə yanaşılmalıdır”. ABŞ dövlət katibinin köməkçisi Azərbaycan hakimiyyətini həqiqi mənada rəqabət mühiti yaratmağa çağırıb. Onun sözlərinə görə, ABŞ demokratikləşmə prosesinə yalnız kömək edə bilər və seçki prosesində nəyisə diktə edə bilməz. Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qaldığını söyləyən D. Kramer bu faktorun KİV azadlığı və demokratikləşmədən qaçmaq üçün əsas olmadığını da vurğulayıb.
Qeyd edək ki, dinləmələrdə Helsinki Komissiyasının sədri Elsi Hastinqs, Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, “Freedom House” təşkilatının nümayəndəsi Kristofer Uolker də iştirak ediblər. Y. Əliyev D. Kramerin çıxışında sonra söz alaraq bildirib ki, Azərbaycan demokratiya kursuna sadiqdir və bunun üçün beynəlxalq birliklə fəal əməkdaşlıq edir. O, Azərbaycanın qarşıdakı seçkilərin demokratik keçirilməsi üçün hər şeyi edəcəyini deyib. K. Uolker isə azad seçkilərin keçirilməsinə mane ola biləcək bir sıra neqativ amilləri qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR