Bank Of Baku

Bu ilin oktyabrında Xəzəryanı ölkələrin birinci hökumətlərarası iqtisadi konfransı keçiriləcək

Bu ilin oktyabrında Xəzəryanı ölkələrin birinci hökumətlərarası iqtisadi konfransı keçiriləcək
# 30 iyul 2008 13:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il oktyabr ayının 3-5-də Rusiyanın Həştərxan şəhərində Xəzəryanı ölkələrin birinci hökumətlərarası iqtisadi konfransı keçiriləcək. «APA-Economics»in RBK-ya istinadən verdiyi məlumata görə, konfransda Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxıstan və İranın hökumət nümayəndələri iştirak edəcək. Tədbir çərçivəsində «Xəzər regionunun davamlı inkişafı üçün bioresurs potensialının effektiv istifadəsi və saxlanmasına dair transsərhəd əməkdaşlığı», «Xəzərin nəqliyyat-logistika sisteminin təşəkkülü və inkişafı: tendensiyalar, məqsədlər, perspektivlər», «Xəzər regionunun mineral mənbələrinin kompleks istifadəsi» və «Xəzər regionu-artan investisiyalar ərazisi» mövzuları üzrə biznes layihələr təqdim olunacaq.
İyulun 31-də Rusiyanın İqtisadi İnkişaf və Ticarət Nazirliyində konfransın hazırlanması və keçirilməsi üzrə təşkilat komitəsinin iclası keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR