Bank Of Baku

Türkiyə Böyük Millət Məclisində 26 fevral tarixinin Xocalı Soyqırımını Anma Günü kimi qeyd olunması təklif edilib

Türkiyə Böyük Millət Məclisində 26 fevral tarixinin Xocalı Soyqırımını Anma Günü kimi qeyd olunması təklif edilib
# 30 iyul 2008 15:22 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, Milliyyətçi Hərəkat Partiyasından (MHP) millət vəkili olan Rəşad Doğru İstanbulda baş verən sonuncu terror aktına münasibət bildirərkən deyib ki, insanlığa qarşı törədilən cinayətlərdən biri də 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində ermənilərin törətdiyi soyqırımıdır. Bu soyqırım zamanı uşaq və qadınların işgəncə ilə qətlə yetirildiyini xatırladan millət vəkili ermənilərin Azərbaycanın torpaqlarını işğal etdiyini vurğulayıb: “Bir Türk olaraq o insanlara sahib çıxmalıyıq. Ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından çıxması şərtdir, əks təqdirdə, Türkiyə ilə Ermənistan arasında münasibətlər inkişaf edə bilməz. Təklif edirəm ki, 26 Fevral - Xocalı Soyqırımını Anma Günü kimi qəbul edilsin”. Ədalət və inkişaf Partiyasından (AKP) millət vəkili Ələddin Böyükqaya həmkarı R. Doğrunun təklifini dəstəkləyib. O, millət vəkillərinə Xocalı soyqırımı barədə ətraflı məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR