Bank Of Baku

Ukraynanın Azərbaycandakı səfiri Gəncədə olub

Ukraynanın Azərbaycandakı səfiri Gəncədə olub
# 30 iyul 2008 16:07 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı - APA. Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Boris Klimçuk Gəncədə olub. APA-nın qərb bürosunun məlumatına görə, səfir Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb, ona şəxsi kolleksiyasından qədim gümüş pul hədiyyə edib. Diplomat APA-ya bildirib ki, Ukrayna biznesmenləri avqustun 6-da Bakıya gələcək, avqustun 7-də isə Gəncəyə səfər edəcəklər. Biznesmenlər səfər çərçivəsində mebel, süd, ət və digər sahələrdə təcrübə mübadiləsi aparıb, əməkdaşlıq müqaviləsi imzalayacaqlar.
Səfir Ukrayna mədəniyyət və incəsənət xadimlərinin də Azərbaycana gələcəklərini, onların Gəncədə də konsertlərinin planlaşdırıldığını söyləyib.
Diplomat Ukrayna-Azərbaycan və Azərbaycan-Ukrayna danışıq kitabçasının hazırlandığını da qeyd edib. 13 min sözdən ibarət olan kitab ilkin olaraq 1000 tirajla dərc edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR