Bank Of Baku

ATƏT-in xüsusi elçisi: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

ATƏT-in xüsusi elçisi: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”
# 30 iyul 2008 16:50 (UTC +04:00)
APA-nın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan H. Talvitie ATƏT-in Azərbaycan və Ermənistan arasındakı dialoqun davam etdirilməsini dəstəklədiyini, iki ölkənin xarici işlər nazirinin görüşünü gözlədiyini bildirib. Xüsusi elçi xarici işlər nazirlərinin seçkidən əvvəl görüşməsinin yaxşı hal olduğunu deyib: “Ümidvarıq ki, tərəflər arasında dialoq seçkidən sonra da davam edəcək. Dialoq əsas prinsiplər üzərində aparılır. İnanırıq ki, bu prinsiplər üzərində də davam edəcək. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Digər məsələ Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsidir. Ərazi bütövlüyü və Dağlıq Qarabağın statusu məsələsi ziddiyyət təşkil etmir. Eyni hal Moldova və Gürcüstanda artıq baş verib. Danışıqların davam etdirilməsi o deməkdir ki, yaxşı nəticələr üçün əsaslar var. Ümid edirəm ki, Azərbaycanda keçiriləcək seçkidən sonra yeni görüşlər olacaq”. H. Talvitie qarşıdan gələn prezident seçkilərinə də toxunub: “ATƏT-in işi seçki prosesini qiymətləndirməkdən ibarətdir. Azərbaycan hökuməti seçkinin demokratik və şəffaf keçirilməsini təmin etməlidir. Bakı şəhər Baş Polis İdarəsinin rəisi, Bakı şəhər İcra Hakimiyyətinin başçısı və müxalifətlə görüşlərdə vətəndaşların sərbəst toplaşma azadlığı ilə bağlı müzakirələr aparmışıq”. H. Talvitie deyib ki, Azərbaycanda qəbul olunan Seçki Məcəlləsi və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun beynəlxalq standartlara cavab verir: “İndi əsas məsələ bu qanunların tətbiqidir. ATƏT bu qanunu tətbiq edənlərə kömək göstərməyə hazırdır”.
Xüsusi elçi söz azadlığının demokratiyanın əsas prinsiplərindən biri olduğunu da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR