Bank Of Baku

Azərbaycanın Rumıniyadakı səfiri bu ölkənin təbii fəlakətdən zərər çəkən Suçeava bölgəsinə gedib

Azərbaycanın Rumıniyadakı səfiri bu ölkənin təbii fəlakətdən zərər çəkən Suçeava bölgəsinə gedib
# 31 iyul 2008 11:27 (UTC +04:00)
Buxarest – APA. Bu gün Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkənin şimalında yerləşən və təbii fəlakətdən zərər çəkən Suçeava bölgəsinə səfər edərək yerli əhaliyə zəruri yardım ləvazimatları, ərzaq və tibb avadanlıqlar çatdırıb. Səfirlikdən APA-ya verilən məlumata görə, nümayəndə heyəti Suçeava bölgəsinin prefekti, şəhərin meri həmin bölgədən seçilmiş millət vəkilləri, Daxili və İnzibati işlər Nazirliyinin məsul əməkdaşları, yerli idarəetmə orqanlarının rəhbərliyi ilə görüşüb. E. Həsənov görüşdə bölgəyə Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə getdiklərini vurğulayıb. Görüşdən sonra Azərbaycan nümayəndə heyəti Rumıniya rəsmiləri ilə birlikdə zərərçəkmiş insanlara baş çəkərək onların yaşayış şəraitləri ilə tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR