Bank Of Baku

Piter Semnebi: “Avropa Komissiyası “Şərq tərəfdaşlığı” təşəbbüsü ilə bağlı hesabat hazırlayacaq”

Piter Semnebi: “Avropa Komissiyası “Şərq tərəfdaşlığı” təşəbbüsü ilə bağlı hesabat hazırlayacaq”
# 31 iyul 2008 15:57 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib. P. Semnebi qeyd edib ki, prosedura əsasən, bu təşkilatlar birgə işləyəcək və bəyanatlar verəcək. Xüsusi nümayəndə gələn ilin I rübündə “Şərq tərəfdaşlığı” təşəbbüsü üzərində işə başlanacağını söyləyib: “Avropa İttifaqına üzv dövlətlərin başçıları Avropa Komissiyasına bu məsələyə ətraflı baxılması barədə təklif veriblər. Hazırda bu təşəbbüs müzakirə olunur. Bunun Avropa Qonşuluq Siyasəti çərçivəsində və ya ayrıca layihə olması ilə bağlı fikir mübadiləsi aparılır”. P. Semnebi
Avropa Komissiyasının hesabat hazırlayacağını və bu sənədi Aİ-nin Şurasına təqdim edəcəyini nəzərə çatdırıb.
Qeyd edək ki, P. Semnebi bu gün Azərbaycan Diplomatik Akademiyasında mühazirə oxuyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR