Bank Of Baku

Piter Semnebi: “Ümidvarıq ki, Azərbaycan seçkinin pozitiv qiymətləndirilməsinə nail olmaq üçün əlindən gələni edəcək”

Piter Semnebi: “Ümidvarıq ki, Azərbaycan seçkinin pozitiv qiymətləndirilməsinə nail olmaq üçün əlindən gələni edəcək”
# 01 avqust 2008 16:20 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva – APA. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Azərbaycan səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, P. Semnebi səfərin əsas məqsədinin ölkədə seçkiyə hazırlığın vəziyyətini öyrənmək olduğunu deyib. Səfər çərçivəsində prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, daxili işlər naziri Ramil Usubov və bir sıra QHT nümayəndələri ilə görüşdüyünü bildirən xüsusi nümayəndə qeyd edib ki, seçkilər demokratik yola yeni qədəm qoyan ölkələrdə demokratik inkişafın əsasının qoyulması və siyasi mədəniyyətin yaranması üçün yaxşı fürsətdir: “Biz Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət veririk. Rəsmilərlə görüşdə Azərbaycan tərəfinin də bu əməkdaşlığa əhəmiyyət verdiyi bəyan olundu. Çox vacibdir ki, seçkinin beynəlxalq missiya tərəfindən qiymətləndirilməsi pozitiv olsun”.
P. Semnebi ölkələrdə baş verən mənfi proseslərin seçkilərə təsir etdiyini, ancaq indidən münasibət bildirmək istəmədiyini deyib: “Ümidvarıq ki, Azərbaycan seçkinin pozitiv qiymətləndirilməsinə nail olmaq üçün əlindən gələni edəcək”.
Dağlıq Qarabağ probleminə toxunan P. Semnebi Aİ-nın Azərbaycan və Ermənistan tərəflərinin münaqişənin həlli istiqamətindəki səylərini dəstəklədiyini diqqətə çatdırıb: “Yaxşı haldır ki, böyük fasilədən sonra iki ölkənin prezidentləri bu ilin iyununda görüşüb. Razılıq əldə olunmasa da, tərəflərin irəliyə doğru bir addım atması vacibdir”.
Xüsusi nümayəndə Aİ və Azərbaycan arasında energetika sahəsində yüksək səviyyəli görüşlərin keçiriləcəyini də bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR