Bank Of Baku

Bakıda “Azərbaycanlılar və amerikalılar: Bir-birimizi necə görürük” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Azərbaycanlılar və amerikalılar: Bir-birimizi necə görürük” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 04 avqust 2008 11:31 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycan Diplomatik Akademiyası (ADA) “Azərbaycanlılar və amerikalılar: Bir-birimizi necə görürük” mövzusunda beynəlxalq konfrans keçirəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, avqustun 13-də keçiriləcək konfransın məqsədi Azərbaycan ictimaiyyətinin Amerika siyasi reallıqları, Amerika ictimaiyyətinin isə Azərbaycanda baş verən yeniliklər barədə məlumatını daha da dərinləşdirməkdir. Tədbirdə “Los Angeles Times”, “Newsweek”, “The New Republic” və bu kimi tanınmış qəzet və jurnalların siyasi icmalçıları, Azərbaycan hökumətinin nümayəndələri, KİV və QHT təmsilçiləri iştirak edəcəklər.
Konfransda xarici siyasətin formalaşmasında mətbuatın rolu, ABŞ-da keçiriləcək seçkilər və onun dünya siyasətinə təsiri və amerikalıların Azərbaycana, azərbaycanlıların isə ABŞ-a münasibəti kimi mövzular müzakirə olunacaq.
Konfransın xarici iştirakçıları səfər zamanı yüksək səviyyəli hökumət nümayəndələri və özəl sektorun təmsilçiləri ilə görüşlər keçirəcək. Bundan əlavə, proqram zamanı konfrans iştirakçıları Bibiheybət məscidinə, pravoslav kilsəsinə, Qubada yəhudi icmasının yaşadığı qəsəbəyə və qaçqın düşərgələrinə səfər edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR