Bank Of Baku

Elmar Məmmədyarov: “İrəvana gedib-getməmək Abdullah Gülün verəcəyi bir qərardır”

Elmar Məmmədyarov: “İrəvana gedib-getməmək Abdullah Gülün verəcəyi bir qərardır”
# 29 avqust 2008 12:41 (UTC +04:00)
Ermənistan prezidenti Serj Sərkisyanın türk həmkarı Abdullah Gülü Türkiyə-Ermənistan maçını izləmək üçün İrəvana dəvət etməsi ilə bağlı sualı cavablandıran Elmar Məmmədyarov “mən prezident statusunda adam deyiləm, xarici işlər naziriyəm. İrəvana gedib-getməmək Abdullah Gülün verəcəyi bir qərardır”. Bakı-Tiflis-Ceyhan əsas ixrac kəmərinin əvvəlki gücü ilə fəaliyyət göstərdiyini deyən Məmmədyarov “Qazprom”un Azərbaycandan qaz satın almaq niyyəti ilə bağlı məsələyə də aydınlıq gətirib: “Rusların bu təklifinə cavab verməmişik. “Qazprom” rəhbərliyi və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülərlə danışıqlar davam edir. Bu bir ticarət və gəlir məsələsidir”. Qeyd edək ki, Elmar Məmmədyarov bir günlük səfər çərçivəsində Əli Babacandan başqa prezident Abdullah Gül və baş nazir Rəcəb Tayyip Ərdoğanla da görüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR