Bank Of Baku

Qənirə Paşayeva: “Dünyanın separatçı Cənubi Osetiya və Abxaziya ilə bağlı mövqeyi Dağlıq Qarabağ və Dnestryanıdakı separatçılar üçün xəbərdarlıqdır”

Qənirə Paşayeva: “Dünyanın separatçı Cənubi Osetiya və Abxaziya ilə bağlı mövqeyi Dağlıq Qarabağ və Dnestryanıdakı separatçılar üçün xəbərdarlıqdır”
# 29 avqust 2008 12:54 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Rusiyanın separatçı Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanımasını yanlış qərar hesab edirəm. Bu addım təkcə regionda deyil, bütün dünyada təhlükəli tendensiyanın əsasını qoydu. Ümumiyyətlə, bu qərarın özü gələcəkdə Rusiya üçün də təhlükə hesab oluna bilər. Çünki Rusiyanın öz daxilində bəzi respublikaların xalqları zaman-zaman müstəqillik tələbi ilə çıxış ediblər”. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva bildirib.

Onun sözlərinə görə, Rusiyanın bu addımı birmənalı şəkildə beynəlxalq hüquq norma və prinsiplərinə ziddir: “Rusiya bu addımı ilə Gürcüstanın ərazi bütövlüyünü tanımaqdan imtina etdi. Bu gün baş verən proseslər onu göstərir ki. BMT Təhlükəsizlik Şurası artıq formal bir quruma çevrilir. eyni zamanda dövlətlərin ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsipini əsas tutan ATƏT-lə bağlı çox ciddi suallar yaradır”.

Q. Paşayeva dünyanın əksər ölkələrinin Rusiyanın bu addımını pisləməsini, Gürcüstanın ərazi bütövlüyünü birmənalı dəstəkləməsini və separatçı rejimləri müstəqil dövlət kimi tanımayacaqlarını sərt şəkildə bəyan etməsini önəmli hal kimi vurğulayıb: “Bu mövqe Dağlıq Qarabağ və Dnestryanıda hökm sürən separatçı rejimlər üçün də xəbərdarlıqdır”.

Millət vəkili Azərbaycanın daim Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini və bunu bütün beynəlxalq platformalarda bəyan etdiyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR